İyunun 1-dən Bakıda 17 nəfər suda boğulub
25 İyul 2013 12:48 KriminalÇimərlik mövsümü başlayandan indiyə qədər Bakıda 24 nəfər suda boğulma təhlükəsi ilə üzləşib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyevin Lent.az-a verdiyi məlumata görə, həmin şəxslərin 17-i həyatını itirib, 7 nəfərin isə həyatını xilas etmək mümkün olub.
Bakıda may ayından indiyə qədər 30 nəfəri gün vurub, 15 nəfəri ilan, 45 nəfəri isə həşərat sancıb. Bu hallarda ölüm qeydə alınmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31