Tanınmış aparıcının bıçaqlanması təkzib olundu
Haqqımda yazılan informasiya doğru deyil, Bakı şəhərindəyəm”
24 İyul 2013 16:26 KriminalTanınmış teleaparıcı İlham Mirzəyevin bıçaqlanması xəbəri yalan çıxdı. Bu barədə aparıcı sosial şəbəkədəki səhifəsində məlumat yayıb. "Facebook"da Bakıda olduğunu və belə bir xəbərin niyə yayıldığını başa düşmədiyini qeyd edən İlham Mirzəyev saytlara açıqlama veriləcəyini bildirib.
"Haqqımda yazılan informasiya doğru deyil. Bakı şəhərindəyəm. Kecən ay iyun ayındakı hadisəni nədən indiki kimi göstərdiyiniz məlum deyil. Saytlara acıqlama veriləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31