“Şahdağ” Milli Parkında iki silahlı yaxalandı

"Şahdağ" Milli Parkında qanunsuz ov edən iki silahlı saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qəbələ RPŞ əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayondakı "Şahdağ" Milli Parkının ərazisində qanunsuz ov etdiklərinə görə rayon sakinləri İldrım Həmidov və Aqil Bəşirov saxlanılıb, onlardan müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31