FHN Lənkəranda 18 yaşlı qızı ölümdən qurtardı
24 İyul 2013 14:06 KriminalLənkəranda 18 yaşlı qız həyətdə su quyusuna düşüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Lənkəran şəhərində fərdi yaşayış evinin həyətində su quyusuna 1 nəfər düşmüş və köməksiz vəziyyətdə qalıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, Füzuli küçəsindəki fərdi mənzildə yaşayan 1995-ci il təvəllüdlü Xoşqədəm Akif qızı Əliyeva iyulun 24-də saat 3.00 radələrində ehtiyatsızlıqdan həyətlərindəki su quyusuna düşüb və quyudan asılı vəziiyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı quyudan çıxardaraq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:53 -də başa çatıb.