Biləsuvarda benzin maşını partladı, xəsarət alan var
24 İyul 2013 14:05 KriminalBiləsuvarda benzin daşıyan maşın yanıb. Bu barədə Fövqəzladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyulun 23-də baş verib. Vətəndaşa məxsus "KAMAZ" markalı yanacaq daşıyan avtomobilin arxa təkərləri və yanacaq çənində ani alışma baş verib. Yanğın zamanı avtomobili təmir edən 1 nəfər yanıq xəsarəti alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 05:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31