Bakıda 10 gün əvvəl evlənmiş oğlanın dəhşətli aqibəti

Bakı şəhərinin Yasamal rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Murtuza Muxtarov küçəsi 102 ünvanında 1983-cü il təvəllüdlü Rəhimov Zülfü Sübhan oğlunun asılı vəziyyətdə qalmış meyiti tapılıb. Yaxınları onun meyitini aşkarlayan kimi polisə məlumat veriblər.
Verilən digər məlumata görə, intihar etmiş Z.Rəhimov 10 gün əvvəl ailə həyatı qurub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31