Füzulidə su kanalından silah-sursat aşkarlandı

Füzuli rayonunda silah-sursat tapılıb.  Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyulun 22-də baş verib. Füzuli RPŞ əməkdaşları tərəfindən Baş Mil su kanalının Aşağı Yağlıvənd kəndi ərazisindən keçən hissəsindən 1 ədəd "Naqan" tipli tapança, 71 ədəd müxtəlif çaplı patron və 1 ədəd kobur aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31