Qazaxda şok: Avtomobillə silah-sursat daşıyan şəxs yaxalandı

Məhkumun “Land Rover”indən tapança və qumbaralar aşkarlandı

Azərbaycanda bahalı avtomobildən  silah və partlayıcı qurğular aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Ağstafa RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 22-də Qazax rayonu ərazisində rayon sakini, əvvəllər məhkum olunmuş Babək Vəliyevin idarə etdiyi "Land Rover" markalı avtomaşın saxlanılıb. Avtomaşına baxış zamanı 1 ədəd "Makarov" tapançası, 12 ədəd patron, 2 ədəd patron darağı, 2 ədəd qumbara, 2 ədəd qumbara alışdırıcısı, 4 ədəd keramika ilə möhkəmləndirilmiş kapsula və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31