6 aya korrupsiyalaşan qurumlarla bağlı 100 cinayət işi başlanıb

Baş Prokurorluq bu ilin 6 ayı ərzində ən çox korrupsiya faktı aşkarlanan qurumların adlarını açıqlayıb. "OLAYLAR"ın məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, bu ilin 6 ayı ərzində korrupsiya cinayətləri ilə bağlı məhkəmələrə göndərilən 100 cinayət işinin 17-si özəl sektorla bağlı olub: "Bundan başqa, bank sektoru ilə bağlı 6, bələdiyyələrlə bağlı 6, ticarət sahəsi üzrə 6, təbiəti mühafizə ilə bağlı 5, səhiyyə sahəsində 4, sosial müdafiə sahəsi üzrə 3, yerli icra hakimiyyəti orqanları ilə bağlı 2, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi üzrə 1, Vergilər Nazirliyinin audit xidməti üzrə 1, məhkəmələrə dair 1, mətbuat ilə bağlı 1, Mədəniyyət və Turizm Nazirliyi ilə bağlı 1, Rabitə və İnformasiya Texnologiyalar Nazirliyi üzrə 1, "Azərenerji" 1, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi üzrə 1 və digər sahələr üzrə korrupsiya sahəsində 36 cinayət işinin istintaqı yekunlaşaraq məhkəmələrə göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31