Narkomanlar siçan dolu yük maşınını qaçırdı
28 İyun 2012 13:05 Kriminal. ABŞ-ın Missuri ştatının Sent-Çarl şəhərinin iki sakini tibbi təqdiqatlar üçün nəzərdə tutulmuş, içi 2000 siçanla dolu yük maş\ınını qaçırıblar. Bu barədə "St.Louis Today" nəşri xəbər verir. İnsident iyunun 27-də səhər baş verib. Yük maşınının sürücüsü şəhər mehmanxanalarının birinin qarşısında maşınını saxlayıb nahar etməyə gedəndə baş verib. Bu zaman o kuzovda heyvanlar üçün əlverişli olan temperaturu saxlamaq üçün mühərrikini işlək vəziyyətdə saxlayıb. Elə bu zaman narkomanlar şüşəni sındıraraq içəri keçib avtomobili qaçırıb. Lakin hadisə otelin əməkdaşlarının diqqətindən yayınmayıb. Cəmi 20 dəqiqədən sonra yerli polis cinayətkarların yerini müəyyənləşdirib və onları saxlayıb.Maşın qaçıranların sözlərinə görə, onlar narkotika asılılığından əziyyət çəkir və bu cinatyəti narkotika almaq üçün piul qazanmaq məqsədilə törədilib. Məlumata görə, maşında olan siçanların qiyməti 10 milyon dollardır. Nəşr xəbər verir ki, hadisə zamanı maşında olan siçanlardan heç biri zərər çəkməyib. ("OLAYLAR"İA)