Bülbülə qəsəbəsinin icra nümayəndəsi torpaq satarkən yaxalandı

Suraxanı rayon İcra Hakimiyyəti başçısının Bülbülə inzibati ərazi vahidliyi üzrə nümayəndəsinin torpaq sahəsi satması faktı üzə çıxıb. Bu barədə "OLAYLAR"a Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, idarəyə daxil olmuş müraciət əsasında aparılan araşdırmalar zamanı məlum olub ki, icra nümayəndəsi Nazim Dadaşov həyətyanı torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə aid sənəd verilməsi müqabilində vətəndaşdan 8.0 min manat rüşvət alıb. Fakt müəyyən edilib və məsələ ilə bağlı idarədə cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31