Torpaq Komitəsinin iki əməkdaşı barədə cinayət işi başlandı

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin iki əməkdaşı barədə rüşvət almaq barədə cinayət işi başlanıb. Bu barədə "OLAYLAR"a Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən məlumat verilib . Məlumatda deyilir ki,idarə əıməkdaşlarının araşdırmaları zamanı  komitənin Salyan rayon şöbəsinin müdiri Oktay Quliyevin və həmin şöbənin baş mütəxəssisi Yusif Dadaşovun torpaq sahəsinin ayrılması üçün vətəndaşdan 10 min manat rüşvət alması faktı təsdiqlənib. Faktla bağlı istintaq aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31