6 aya 200 korrupsioner barədə cinayət işi məhkəməyə göndərilib
23 İyul 2013 15:56 Kriminal2013-cü ilin I yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin istintaq şöbəsi tərəfindən 200 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. "OLAYLAR"ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, həmin cinayət işlərindən 1 şəxs barəsində 1 iş rüşvət vermə, 25 şəxs barəsində 9 iş rüşvət alma, 12 şəxs barəsində 10 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 1 şəxs barəsində 1 iş vəzifə səlahiyyətlərini aşma, 4 şəxs barəsində 3 iş səhlənkarlıq, 73 şəxs barəsində 32 iş mənimsəmə və israf etmə, 79 şəxs barəsində 39 iş dələduzluq və digər faktlarla əlaqədar olub: "Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 16 milyon 460 min manat ziyandan istintaq müddətində 7 milyon 961 min manat və ya 48,4 %-i ödənilib. Qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb".