Bu ilin 6 ayı ərzində korrupsiya faktı barədə 20 cinayət işi başlanıb

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu ilin 6 ayı ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə 301 müraciət araşdırılıb. "OLAYLAR"ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında idarə rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 16, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 4 cinayət işi başlanıb. Həmin işlərdən 7-si üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31