Çörəyin içərisində telefon keçirmək istədi

Penitensiar xidmət əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsinin qarşısı alınıb. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, 2 saylı istintaq təcridxanasında saxlanılan 1987-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3; 228.4; 66.3-cü maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elnur Tahir oğlu Orucova atası, Gəncə şəhər sakini Tahir Abuzər oğlu Orucovun gətirdiyi sovqata baxış keçirilən zaman çörəyin içərisində gizlədilmiş 3 ədəd "Nokia" markalı mobil telefon aparatları, elektrik qidalandırıcısının hissəsi və bir ədəd "CİN" kart aşkar edilərək götürülüb.
Faktlar üzrə araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31