“Beta” çayından marixuana çıxdı

Penitensiar xidmətin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan 1985-ci il təvəllüdlü Azərbaycan Respublikası CM-nin 126.1; 62; 221.1; 66.3-cü maddələri ilə təqsirli bilinərək 7 ay 22 gün müddətinə azadlıqdan məhrum edilmiş Rəfail İlqar oğlu Şərifova vətəndaş Orxan Şahin oğlu Xəlilovun gətirdiyi sovqata baxış keçirilən zaman "Beta" çayının içərisində gizlədilmiş 7.68 qram narkotik maddə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31