Gəncədə başına daş düşən fəhlə öldü

Salman Əzizov inşa edilən yaşayış binasında fəhlə işləyib

Azərbaycanda daha bir fəhlə ölümü qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Gəncədə Yevlax avtovağzalının yaxınlığında yeni tikilən yaşayış binasında qeydə alınıb. Tikintidə fəhlə işləyən Yevlax rayon sakini Salman Əzizovun başına mişar daşının qırığı düşüb. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş S.Əzizov orada ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31