Ucarda tövlə yanıb

Ucar rayonu, Küçəkənd kəndində vətəndaşa məxsus tövlədə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar" a verilən məlumata görə, yanğın zamanı ümumi sahəsi 60 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 48 kv.m sahədə və damına yığılmış 3 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31