Xaçmazda meyvə bağı yanıb

Xaçmaz rayonu, Üçkün kəndində vətəndaşa məxsus meyvə bağında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı 800 ədəd alma, gavalı ağacları və 10 ha sahədə kol-kos yanıb. Ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31