Yakutiya yanır
28 İyun 2012 12:37 KriminalYakutiyada iyunun 27-si axşamdan başlayan yanğın davam edir. Yanğın 7 meşəni-281 hektar ərazini əhatə edir. Bu saatlara qədər 176 hektar ərazini əhatə edən 3 meşə sahəsində yanğın söndürülüb, qalan 105 hektar sahədə isə aktiv yanma prosesi davam edir. Təbii fəlakətin aradan qaldırılmasına 184 canlı qüvvə, 24 texniki vasitə, o cümlədən 3 An-2, 1 An-3 təyyarələri, 1 L-410 təyyarəsi və 3 ədəd Mi-8 vertolyotu cəlb olunub. Məlumatlara görə, yanğın təhlükəsi mövsümü başlayandan respublikada 172 meşə yanğını(24.846, 21 hektar sahədə) qeydə alınıb. Ötən il isə bu müddətdə 380.228 hektar sahədə 283 təbiət yanğını baş verib. İyunun 18-də Yakutiya prezidentinin sərəncamı ilə ölkədə regional xarakterli fövqəladə vəziyyət elan olunub. Hazırda FV işini davam etdirir. Xəbəri "İtar Tass" Agentliyi yayıb. ("OLAYLAR"İA).