At arabası 07 ilə toqquşdu

Hadisə nəticəsində biri ağır olmaqla 2 nəfər xəsarət alıb.

Ötən gecə saat 00:00 radələrində Qusar rayonu Aşağı Ləyər kənd yolunun 7-ci kilometrliyində 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Anspress-in verdiyi məlumata görə, rayon mərkəzindən Aşağı Ləyər kəndi istiqamətində hərəkət edən "VAZ 2107" markalı avtomobillə əks istiqamətdə gedən at arabası toqquşub. Qəzada "Jiquli"nin sürücüsü 34 yaşlı Qüdrət Qazıxanov və arabanın sərnişini 23 yaşlı Dilbazi Quliyeva xəsarət alaraq xəstəxanaya çatdırılıblar.Məlumata görə, 30 yaşlı Sədrəddin Quliyevin idarə etdiyi arabada onun 2 uşağı da olub və ailə araba ilə qonaqlığa gedirmiş.Qeyd edək ki, kəllə-beyin travması ilə Qusar Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılan Qüdrət Qazıxanovun vəziyyəti ağırdır və ona Bakıdan həkim çağırılıb.Qusar RPŞ-nin müstəntiqi Rəfael Tağıyev faktla bağlı istintaq başladıldığını, qəzanın hansı şəraitdə və kimin ucbatından baş verməsinin təyin olunmuş avtotexniki ekspertizanın araşdırmalarından sonra məlum olacağını deyib.İlkin versiyaya görə isə qəza yolun qaranlıq olması səbəbilə baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31