Abşeronda şok: Narkobiznesmenin evindən 90 kilo narkotika aşkarlandı

Abşeronda narkobizneslə məşğul olan şəxs ələ keçib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Novxanı kənd sakini Ağababa Quliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilib, çəkisi 83 kiloqram olan 447 ədəd çətənə kolu, evindən isə 4 kiloqram 200 qram marixuana aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31