7 və 9 yaşlı qızları zorlayana edam

Çinin şərqindəki Anhoy vilayətində azyaşlı qızlara təcavüz etmiş şəxsin məhkəməsi başa çatıb

milli.Az AHT-yə istinadən bildirir ki, bölgədəki kömür mədənlərindən birində fəhlə işləyən Çan Çinhay adlı şəxs 7 və 9 yaşlı iki qıza vəhşicəsinə təcavüz edib. O, sonralar daha 4 qızı zorlamağa çalışıb. Məhkəmənin qərarına görə, Ç.Çinhay icrası 2 il təxirə salınmaqla edam cəzası alıb.
Məhkəmədə prokuror bildirib ki, Çinhay zorladığı qızların çılpaq fotolarını çəkərək evdəki kompüterində saxlayıbmış.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31