Bakıda körpə 4-cü mərtəbədən şaxtaya yıxıldı

Bakıda körpə 4-cü mərtəbədən liftin şaxtasına yıxılıb. Bu barədə Daxiıli İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyulun 20-də paytaxtın Xətai rayonu ərazisində baş verib. Rayon sakini  Aysel Məhərrəmovanın evinə qonaq gəlmiş bacısının oğlu, İmişli rayon sakini, azyaşlı Osman Abbasov binanın 4-cü mərtəbəsindən liftin şaxtasına yıxılıb. O.Abbasov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31