Qatar Bakıda adam vurdu

Bakıda dəmir yolu stansiyasında qatar bir nəfəri vurub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat verilib. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyulun 20-də saat 09.10 radələrində Keşlə Dəmir Yolu Stansiyasının ərazisində baş verib. Bakı-Gəncə sərnişin qatarı ilə Bakı şəhər sakini Amanxan Qəhrəmanov vurulub. Nəticədə xəsarət almış A.Qəhrəmanov xəstəxanaya yerləşdirilib.  NBPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31