Hacı Məmmədov faciəli halda öldü
22 İyul 2013 15:36 KriminalAzərbaycanda şirkətdə faciəli ölüm hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumatda bildirilir ki, hadisə iyulun 20-də İmişli rayonu ərazisində baş verib. "MKT-İK" MMC-nin rayon filialında işləyən Hacı Məmmədovun üstünə dəmir təkərli pilləkən aşıb. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş H.Məmmədov orada ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31