Gəndob-Yalama yolunda qəza baş verib

Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. Rtv.az-ın məlumatına görə, 1965-ci il təvəllüdlü Xaçmaz rayonu, Qobuqırağı kənd sakini İsmayılov Cabir Cəmaləddin oğlunun idarə etdiyi "Vaz 21 011" markalı avtomobil idarəetməni itirərək səkiyə çırpılıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb. Hadisə zamanı o, avtomobildə tək olub. BDYPİ-nın istintaq və təhqiqat bölməsindən RTV-yə verilən məlumata görə, qəza sürücünün sərxoş vəziyyətdə avtomobili yüksək sürətlə idarə etməsi səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31