Bu gecə Dağıstandan Azərbaycana gələn sərnişin avtobusu qəzaya uğrayıb. APA-nın Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə Dağıstanın Bərbəryurt rayonunda qeydə alınıb. İlkin məlumata görə, avtobusda 30 nəfər olub. Qəza nəticəsində yaralanan iki nəfər hospitala yerləşdirilib. Hazırda hadisənin səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31