Qəzada ölən hərbiçimizin adı açıqlandı

Fövqəladə Hallar Nazirliyi Şəmkir rayonu ərazisində baş verən avtomobil qəzasında həlak olan hərbiçimizin kimliyi ilə bağlı məlumat yayıb. "Qafqazinfo" nazirliyin saytına istinadən xəbər verir ki, Şəmkir-Gədəbəy yolunun 4-cü kilometrliyində "Toyota" markalı minik avtomobili və "PAZ" markalı avtobus toqquşub. Nəticədə, avtobus dərəyə yuvarlanıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Müəyyən edilib ki, 1978-ci il təvəllüdlü Əbülfəz Elxan oğlu Əliyev hadisə yerində ölüb, 7 nəfər xəsarət alıb. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri ərazidə müvafiq xilasetmə və təhlükəsizlik tədbirləri həyata keçiriblər. Əməliyyat saat 16:00-da başa çatıb.  Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31