Hərbçilərin olduğu avtobus aşıb
ölən və yaralananlar var
19 İyul 2013 17:22 KriminalAzərbaycanda hərbçiləri daşıyan avtobus qəzaya uğrayıb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Şəmkir-Gədəbəy yolunun 4-cü kilometrliyində qeydə alınıb. Hərbçiləri daşıyan "PAZ" markalı avtobus "Toyota Land Cruiser" markalı minik maşını ilə toqquşub və aşıb. Nəticədə avtobusda olan hərbçilərdən biri dünyasını dəyişib, 4-5 nəfər isə ağır xəsarət alıb. Yaralılar Şəmkir hospitalına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31