Bakıda kişi küçənin ortasında azyaşlı övladının gözü qarşısında qadının başını kəsdi

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Fikrət Cabbarov tutulub

Bakıda dəhşətli qətl törədilib. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gün Suraxanı rayonu Qaraçuxur qəsəbəsi "Şərq" yaşayış sahəsində qeydə alınıb.
Sabirabad sakini Fikrət Cabbarov küçəsinin ortasında, qısqanclıq zəminində qeyri-rəsmi münasibətlərdə olduğu Əminə Qədimovanın boğazını bıçaqla kəsərək qətlə yetirib. Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən F.Cabbarov tutulub.
Suraxanı Rayon Polis İdarəsindən bildirilib ki, hadisə baş verən zaman Ə.Qədimovanın azyaşlı övladı da yanında olub. Anasının qətlindən uşaq şoka düşüb. Ona tibbi yardım göstərildikdən sonra yaxınlarına təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31