Bakıda dəhşət: bir neçə avtomobil piyadanın üzərindən keçdi
40 yaşlarında kimliyi məlum olmayan şəxsin bədəni tanınmaz hala düşüb
27 İyun 2012 18:12 KriminalBu gün saat 13:05 radələrində Babək prospektində vurulan piyadanın kimliyi məlum olub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, həmin şəxs Əfqan Abbasov olub.Bu gün saat !3:05 radələrində Bakının Nizami rayonu ərazisində Babək prospektində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Nizami rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, təxminən 40 yaşlarında kimliyi məlum olmayan kişini bir neçə avtomobil vurub.
Hadisə nəticəsində piyada ölüb. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, yolu keçmək istəyən fəhlə geyimində bir kişini əvvəlcə "VAZ-2107" markalı maşın vurub və qarşıdakı yük maşının altına atıb. Daha sonra isə digər maşınlar onun üstündən keçib. Piyadanın bədəni tanınmaz hala düşüb, bütün daxili orqanları küçəyə dağılıb.