Bakıda sərnişin avtobusu ağır qəza törətdi: ölən və yaralanan var

İyulun 18-i saat 07:30 radələrində Bakı şəhərinin Xətai rayonu ərazisində sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, İ.İsmayılov küçəsində Bakı şəhər sakini Səbuhi Əlixanovun idarə etdiyi "LADA" markalı avtomaşınla Qazax rayon sakini Elçin Mərdanovun idarə etdiyi "Daewoo" markalı avtobus toqquşub. Nəticədə S.Əlixanov hadisə yerində ölüb. Sərnişini Pərvanə Zöhrabova isə xəstəxanaya daxil olub.
Faktla əlaqədar araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31