Daşkəsən rayonunda külli miqdarda narkotika aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Daşkəsən RPŞ əməkdaşları tərəfindən Dəstəfur kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 1 ton 400 kiloqram olan 4986 ədəd çətənə kolu yığılaraq məhv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31