Bakıda tanınmış klubda qumarxana aşkarlandı
18 İyul 2013 17:18 KriminalBakıda tanınmış klubvda qumarxana aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Yasamal rayonu Z.Xəlilov küçəsindəki "ZenitBet" adlı klubda Bakı şəhər sakini Rafiq Əlişovun qanunsuz futbol mərc oyunları təşkil etməsi müəyyən edilib. Oraya baxış zamanı 1 ədəd kompüter, 2 ədəd monitor, 6835 manat dəyərindəki 86 ədəd üzərində "ZenitBet" yazılmış kupon qəbzlərin kötükləri, 254 manat və 100 ABŞ dolları aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31