Bakıda qadın öz evini fahişəxanaya çevirib
Qadın həmcinslərini fahişəliyə cəlb edirmiş
18 İyul 2013 14:45 KriminalDaxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları daha bir insan alveri faktı aşkarlayıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Səriyyə İsgəndərovanın gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi və Nəsimi rayonu A.Məhərrəmov küçəsindəki mənzilində əxlaqsızlıq yuvası təşkil edərək saxlaması müəyyən edilib.
Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31