Abşeronda tövlə yanıb
18 İyul 2013 11:57 KriminalAbşeron rayonu, Atyalı qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan tövlənin dam örtüyü yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı dam örtüyünün yanar konstruksiyaları 6 kv.m sahədə və içərisinə yığılmış 8 ton ot bağlamasının 4 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31