Qohum olan yeznə - qayın arasında qan düşdü TƏFƏRRÜAT
Yeznə qaynını bıçaqlayıb
18 İyul 2013 11:54 KriminalQuba rayonunun Tülər kəndində yaxın qohumlar arasında qan düşüb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 24 yaşlı Mətləb Məhsimov yeznəsi, əmisi oğlu və həmkəndlisi olan 30 yaşlı Mürvət Məhsimov tərəfindən bıçaqlanıb. Qarın nahiyyəsindən ağır bıçaq yarası alan Mətləb Məhsimov Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hazırda həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.
Hadisənin baş verməsinə gəlincə, Mətləb Məhsimov eşidib ki, yeznəsi bacısını döyür. Məsələyə aydınlıq gətirmək üçün Mətləb Məhsimov Mürvətgilə gəlib. Münasibətləri aydınlaşdıra bilməyən qohumların arasında dava düşüb. Bu zaman Mürvət Məhsimov yeznəsini bıçaqlayaraq hadisə yeirndən qaçıb.
Faktla bağlı Quba cinayət işi başlanıb, araşdırma aparılır.