Torpaq mübahisəsinin sonu qanlı faciə ilə bitdi

Türkiyədə ərazi mübahisəsinin təmin edilməməsi iki qohum ailə arasında qanlı faciəyə səbəb oldu

Türkiyənin Muş vilayətində ərazi mübahisəsinin təmin edilməməsi iki qohum ailə arasında qanlı faciəyə səbəb olub.   ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muşun Bulanıq mahalına bağlı Eskiyol kəndində ərazi mübahisəsinin təmin edilməməsi, qohum olduqları bildirilən Dost ilə Kundo ailələri arasında qanlı faciəyə səbəb olub.  Tərəflər arasında baş verən atışma zamanı ilk məlumatlara görə, 6 nəfər ölüb, 5 nəfər də yaralanıb.
Yaralıların təcili yardım maşınları ilə Muş və Bulanıq mahalı dövlət xəstəxanalarına qaldırıldığı və onların həkim nəzarəti altına alındığı bildirilir. Bulanıq mahalının bələdiyyə başqanı Ferit Görükmez mətbuata açıqlamasında, hadisənin ərazi mübahisələri səbəbindən baş verdiyini təsdiq edib.
O, qeyd edib ki, qanlı hadisədən dərhal sonra təhlükəsizlik qüvvələri kənddə ciddi rejim tətbiq ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31