Şəmkirdə saxta diplomlu mütəşəkkil dəstə aşkarlandı

Azərbaycanda saxta diplomlu mütəşəkkil dəstə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tatarlı kənd sakini Şəhla Hüseynovadan, Dəllər-Cırdaxan kənd sakinləri Hürü Məmmədovadan, Sürəyya Nəcəfovadan, Seyidlər kənd sakini İltizam Uğuzovdan Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, Tatarlı kənd sakini Rəfiqə Quliyevadan isə Azərbaycan Texnologiya İnstitutunu bitirmələri barədə saxta diplomlar götürülüb. Faktla əlaqədar cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31