Bakıda avtobusda silahlı insident: ölən var
17 İyul 2013 15:00 KriminalBakıda silahlı insident olub. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 13.00 radələrində Rusiya səfirliyinin yaxınlığında qeydə alınıb. 6 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusunda baş verən silahlı insident zamanı bir nəfər güllələnib. Yaralı ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə aparılsa da, onu xilas etmək mümkün olmayıb.
Polisdən bildirilib ki, ölən şəxsin adı Vəfadardır. Hadisəni törədən isə Anar Xəlilov adında biridir. O, artıq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31