Gəncədə kütləvi bıçaqlanma

Şəhər sakini 3 nəfərin qanını tökdü

Gəncə şəhərində kütləvi bıçaqlanma hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Kəpəz rayonu ərazidsində baş verib. İyunun 25-də Gəncə şəhər sakini Nurəddin Əliyev mübahisə zəminində şəhər sakinləri Rəşad Cabbarovu, Turqut Tarverdiyevi, və Kamil Namazovu bıçaqlayıb hadisə yerindən qaçıb. Kəpəz rayon polis şöbəsi əməkdaşlarının küçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Nurəddin Əliyev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31