Anomal isti hava şəraiti günvurma hallarının çoxalmasına yol açıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyası baş həkiminin müavini Oqtay Şahmalıyev Lent.az-a açıqlamasında bildirib ki, iyulun 16-da Bakıda 4 nəfəri gün vurub. Xəstələrə ilkin yardım göstərilib.
Qeyd edək ki, ümumilikdə, yay mövsümü başlayandan indiyə qədər 25 nəfəri gün vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31