Bakıda qoyun oğrusunu maşın vurub öldürdü
27 İyun 2012 15:40 KriminalBakıda qoyun oğurlayan şəxsi maşın vurub öldürüb. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Hadisə iyunun 26-da Qaradağ rayonu ərazisində, Lökbatan-Xocəsən yolunun kənarında baş verib. Bakı şəhər sakini Natiq Səfərov qoyun otararkən naməlum şəxs qoyunlardan birini götürüb qaçdığından Natiq onu təqib edib. Tutulacağını hiss etmiş həmin şəxs qoyunu atıb yolu keçərkən Babək rayon sakini Hümbət İbrahimovun idarə etdiyi "Otoyol" markalı avtobusla vurulub və aldığı xəsarətdən xəstəxanada ölüb.
Qaradağ RPİ tərəfindən ilkin yoxlama aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31