Bakı-Quba yolunda iki yük maşını toqquşdu
Qəza nəticəsində yük avtomobilinin sürücüsü xəsarət alıb
17 İyul 2013 12:59 KriminalBu gecə Siyəzən rayonu, Bakı-Quba yolunun 84 kilometrliyində vətəndaşa məxsus "SHAQMAN" markalı yük avtomobilinin digər vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol qəza hadisəsi baş verib.
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalmış "SHAQMAN" markalı yük avtomobilinin sürücüsü bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq təcili tibbi yardım xidmətinə təhvil verilib.
Əməliyyat saat 04:20-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.