İran vətəndaşlarından psixotrop maddə aşkar edildi

İran İslam Respublikasının vətəndaşları Məhbub Qəhrəmani və Fərbud Radfar idarə etdikləri "MAN" markalı sərnişin avtobusu ilə İrandan Azərbaycan Respublikasına gələrkən Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində gömrük nəzarətindən keçiblər. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, gömrük nəzarəti zamanı avtobusun salonunda oturacaqların üzərindəki bağlama gömrük əməkdaşlarının diqqətini cəlb edib və ona baxış keçirilib. Həmin bağlamaya baxış zamanı isə oradan üzərinə şəkil həkk olunmuş çərçivənin arasına xüsusi qaydada yerləşdirilmiş 1 ədəd polietilen paketdə, xalis çəkisi 51,3 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31