Sumqayıt polisində ölüm

Bölməyə aparılan Atəş Xudiyev orada ölüb

İyunun 26-da gecə saatlarında Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsində ölüm hadisəsi baş verib. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirlityindən məlumat verilib. Hadisə gecə saat 03.30 radələrində baş verib .  Sumqayıt şəhər sakini Zöhrab Vahidovun idarə etdiyi "Mercedes" markalı avtomaşına sərnişin qisimində oturan,  sərxoş halda olan Sumqayıt şəhər sakini Atəş Xudiyev sürücüyə maneəçilik törətdiyinə və təhqir etdiyinə görə, Z.Vahidov avtomaşınını 3-cü mikrorayonun ərazisində xidmət aparan Sumqayıt ŞPİ Post-Patrul Xidməti Taborunun patrul avtomaşınının yanına sürərək şikayətini bildirib.
A.Xudiyev, Z.Vahidovla birgə 3-cü Polis Bölməsinə aparılarkən yolda səhhəti pisləşib və Polis Bölməsinə çatdıqdan sonra əvvəllər iki dəfə infarkt keçirdiyini bildirib və cibindəki dərmanı qəbul edib. Polis Bölməsinə təcili tibbi yardım maşını çağırılsa da, vətəndaşın həyatını xilas etmək mümkün olmayıb. Tibb işçiləri tərəfindən müayinə edilən A.Xudiyev infarktdan ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31