Azərbaycanda dəmir yolu stansiyası yandı
17 İyul 2013 11:59 KriminalAzərbaycanda dəmir yolu stansiyasında yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Siyəzən rayonu, Zarat qəsəbəsində (rayon mərkəzindən 15 km aralı) "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus Zarat dəmiryol stansiyasının ikimərtəbəli inzibati binasının 1-ci mərtəbəsində yerləşən növbətçi hissəsinin ümumi sahəsi 36 kv.m olan releyni otağında elektrik cihazları və rabitə avadanlıqları yanıb. Otağın qalan hissəsi və dəmiryol stansiyasının binası yanğından mühafizə olunub. Yanğın saat 06:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31