16 yaşlı xəstə qızı 44 gün zorladılar
Zərərçəkmişdə zorlama izləri aşkarlansa da, məhkəmə 3 kişi barəsində həbs-qətimkan tədbiri seçməyib
17 İyul 2013 10:52 KriminalTürkiyədə dəhşətli zorlama hadisəsi baş verib. Yerli mətbuatın xəbərinə görə, Balıkesir vilayəti, Edremit rayonu sakini 16 yaşlı əqli qüsurlu qızı qaçıran 3 nəfər onu 44 gün zorlayıblar. Məlumata görə, qızın 67 yaşlı atası İbrahim H. iyunun 2-də 16 yaşlı xəstə qızının yox olması barədə polisə müraciət edib.Bir müddət sonra evə zəng vuran G.H. İzmirdə olduğunu, xöşbəxt olduğunu və atasına onu axtarmamasını deyib. Hadisədən şübhələnən ata bu barədə polisə məlumat verib. Dərhal əməliyyata başlayan polis əqli qüsurlu qızı rayonun kəndlərindən birindəki evdə aşkarlayıb.Evdə olan 38, 40 və 49 yaşlı üç kişi polis tərəfindən saxlanılaraq bölməyə aparılıb. Psixologun müşayiəti ilə ifadəsi alınan G.H. isə ailə qurmağa hazırlaşdığını, atasının yanına qayıtmaq istəmədiyini deyib.Qeyd edək ki, məhkəmə tibbi ekspertizasına göndərilən G.H.-də zorlama izləri aşkarlansa da, məhkəmə 3 kişi barəsində həbs-qətimkan tədbiri seçməyib. Anası olmayan 16 yaşlı xəstə qız atasından alınaraq dövlətin himayəsinə veriləcək.Şübhəlilərin azadlığa buraxılmasına hiddətlənən ata qızının 76 faiz əqli qüsurlu olduğunu, onu zorlayanların cəzalandırılmasını tələb edib.