Azərbaycanda polis rəisinin evi yanıb

Yanğın Balakən rayon Dövlət Yol Polisi bölməsinin rəisinin evində baş verib

Azərbaycanda polis rəisinin evi yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Zaqatala Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Zaqatala şəhəri Nazim Hikmət küçəsi 73 ünvanında qeydə alınıb.  Həmin ünvanda yerləşən Rövşən Baliyeva məxsus, ümumi sahəsi 165 kv. m olan ikimərtəbəli 6 otaqlı evdə yanğın baş verib. Hadisə yerinə Zaqatala rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin 1-ci mərtəbəsinin tavanı yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, zərərçəkən Rövşən Baliyev Balakən rayon Dövlət Yol Polisi bölməsinin rəisidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31